Zərdabda avtoxuliqan həbs edilib

13-06-2019 [20:03]
Zərdab rayonunda avtoxuliqanlıq edən şəxs polis tərəfindən saxlanılıb.

Hadisə rayonun "Dörd yol" adlanan ərazisində qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Bağırov Natiq Ramiz oğlu idarə etdiyi "VAZ-2106" markalı 61-BC-113 dövlət qeydiyyatı nömrəli minik maşını ilə insanların çox olduğu ərazidə avtoxuliqanlıq edib. O, Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Zərdab Rayon Məhkəməsi sürücü barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. 

Qeyd edək ki, N.Bağırov 6 il məhbusluq həyatı yaşayıb/Report.


SON XƏBƏRLƏR