Rəsmi Moskvadan tankerlərə hücumla bağlı açıqlama: "Bundan İrana qarşı istifadə olunmamalıdır"

img

13-06-2019 [18:22]


"Oman körfəzində tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir".

 "RİA Novosti” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, baş verən hadisə anti-İran ovqatının gərginləşdirilməsində istifadə edilməməlidir: "Mən fürsətdən istifadə edərək tələsik nəticənin çıxarılmasından çəkinməyə çağırıram. Məsuliyyətin kiminsə üzərinə qoyulması cəhdi yolverilməzdir”.

Qeyd edək ki, iyunun 12-də Oman körfəzində Yaponiya, Tayvan və Omanın tankerlərinə hücum olub.

Xatırladaq ki, mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin sularında 4 tankerdə partlayış baş vermişdi. ABŞ bu hadisənin məsuliyyətini İranın üzərinə qoyub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı