Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikdirib

img

13-06-2019 [17:30]


Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ucar rayonunun ən iri yaşayış məntəqəsi olan Qaracallıda kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi evin tikintisi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri Qaracallı kəndində olub, Şöhrət Qasımovun ailəsinə baş çəkib.

1978-ci ildə anadan olan Şöhrət Qasımov ailənin ən böyük övladıdır. Üç qardaş, bir bacıdırlar. Hərbi xidmətdə olarkən 1998-ci il iyulun 18-də Füzuli rayonunun Əbdürəhman kəndində ermənilərin qəfil hücumuna məruz qalıblar. Gərgin keçən atışmada bir ayağının dizdən aşağı hissəsini itirib.

Yeni evin sevincini yaşayan Şöhrət Qasımov Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib: "Mənzil şəraitimiz çox pis idi. Mehriban xanıma müraciət ünvanladım. Çox sağ olsun, müraciətimə dərhal cavab verildi və qısa vaxtda gözəl ev tikildi. İndi burada həyat yoldaşım və 2 övladımla – Azərbaycanın gələcək əsgərləri ilə rahat yaşayırıq. Bu rahatlığı bizə bəxş edən Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban Əliyevaya çox-çox minnətdaram”.

Qeyd edək ki, həyat yoldaşı və 2 övladı ilə ağır mənzil şəraitində yaşayan Şöhrət Qasımov bir müddət öncə Heydər Əliyev Fondunun "Regional inkişaf” İctimai Birliyinə müraciət ünvanlayıb. Müraciətdən sonra bu ilin fevralında əraziyə baxış keçirilib və yeni evin layihəsi hazırlanıb. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə tezliklə tikinti işlərinə başlanıb və Qarabağ əlilinə məxsus həyətyanı sahədə 4 aya üç otaqlı, tam təmirli, mətbəx mebeli ilə təchiz olunan, su çəni və suqızdırıcı avadanlıq qoyulan fərdi ev inşa edilərək, ailəyə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı