ARB TV əməkdaşını işdən çıxardı - Statusuna görə + Açıqlama

12-06-2019 [19:03]
Ölkədəki rus dilli insanlara qarşı sosial şəbəkədə status yazan ARB TV-nin bölgə müxbiri vəzifəsindən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə "ARB Media Qrup" xüsusi açıqlama yayıb.

Açıqlamada deyilir:

"ARB Media Qrup"un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının "facebook" sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib".




SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə