Deputatlar növbədənkənar toplanır: 36 qanuna dəyişikik ediləcək

img

12-06-2019 [17:50]


Sabah – iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət rüsumu haqqında”, "Banklar haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.

İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR