Fransa XİN başçısı Türkiyəyə səfər edəcək

img

12-06-2019 [14:50]


Fransanın xarici işlər naziri Jan-İv Le Drian iyunun 13-də Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında həyata keçirilir. 

Səfər çərçivəsində ikitərəfli əlaqələr, regional və beynəlxalq aktual məsələlər, Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin müzakirə olunacağı gözlənilir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR