Almaniya Bundestaqının vitse-prezidenti Bakıda - Nazirlikdə enerji məsələləri müzakirə olundu

12-06-2019 [14:28]
Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, enerji əməkdaşlığı və regional məsələlər ətrafında müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Almaniya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın bir çox sahələr üzrə, xüsusilə də enerji sektorunda daha da inkişafı üçün mövcud imkanları diqqətə çatdırıb. 

Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.

Tomas Opperman Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə dair fikirlərini bölüşüb və bildirib ki, enerji diversifikasiyasında Azərbaycan Avropanın mühüm tərəfdaşıdır.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə