"Dərslərin iki həftə uzadılması effekt vermir" - Ekspert

12-06-2019 [11:40]
"Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir".

Mia.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev artıq bir neçə ildir orta və ali məktəblərdə dərslərin 15 sentyabrda başlayıb, 15 iyun tarixində bitməsinin yaratdığı narahatlıqdan danışarkən deyib.

E.Əliyev bildirib ki, 1 sentyabra qayıtmalıyıq:

"Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü"nə assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə