Bərdədə həkimləri döyüb, "təcili yardım"ı əzdilər - Təfərrüat

img

12-06-2019 [11:03]


Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

Hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali "Report"un yerli bürosuna bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. 

Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR