Azərbaycan millisinin məşqçisi məğlubiyyətdən danışdı: "Bütün futbolçularımızın qiyməti Lobotka qədər yoxdur"

img

11-06-2019 [23:35]


"Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bunun böyük məğlubiyyət olduğunu bildirib:

"Futbolçular meydanda mübarizə apardı. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra isə fiziki və psixoloji cəhətdən bu rəqibə qarşı oynamaq çətin oldu. 5 qol buraxmaq mənim üçün böyük şok oldu. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm".

Bundan əlavə Yurçeviç Slovakiya millisinin bütün futbolçularının Avropanın aparıcı klublarında çıxış etdiyini diqqətə çatdırıb:

"Məğlubiyyət utancvericidir. Bu komandalara qarşı yaxşı nəticə istəyiriksə, xüsusi günlərdən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib. Qrupdakı komandalar bizdən qat-qat güclüdür. Əlimizdən gələni etməliyik ki, onlara qarşı yaxşı mübarizə apara bilək.

Bu məğlubiyyətdən sonra pis hisslər keçirirəm. Hər kəsi başa düşürəm. Futbol vəziyyətlərə baxan oyundur. Sağa və sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilər. Bəzi kiçik nüanslar nəticəyə təsir edir".

Yurçeviç növbəti matçda daha yaxşı nəticə qazanacaqlarına və böyük hesabla məğlub olmayacaqlarına inandığını bildirib:

"Hazırda diqqət mərkəzində bu matçdır. Komanda daha yaxşı oynaya bilər. İndi böyük təhlil etməyə dəyməz. Növbəti qarşılaşmaların yaxşı olacağına inanıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR