Cəlilabadda uşaq atasının maşını altında qalaraq ölüb

img

11-06-2019 [22:22]


Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı "Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR