Pompeo Gürcüstanın baş naziri ilə görüşdə: "Trampın dövründə əlaqələrimiz yüksək səviyyəyə çatıb”

img

11-06-2019 [21:11]


"Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.

M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.

Dövlət katibi ABŞ və Gürcüstan arasında müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlığın olduğunu qeyd edib.

M.Baxtadze, öz növbəsində, bildirib ki, Gürcüstanın bir çox nailiyyətləri ölkənin ABŞ-la uğurlu strateji tərəfdaşlığının birbaşa nəticəsidir: "Son 10 il ərzində biz ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirmişik və prezident Trampın dövründə bizim əlaqələr yüksək səviyyəyə çatıb”.

Gürcüstan baş nazirinin ABŞ-a səfəri çərçivəsində D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla da görüşü nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR