Gürcüstan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq planı imzalanacaq

11-06-2019 [19:58]
Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir/Report. 


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə