Kamaləddin Heydərov mətbuat katibini işdən çıxardı

11-06-2019 [17:40]

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər: "Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə