Gürcüstanın Müdafiə naziri Qəbələyə gəldi - FOTO

11-06-2019 [16:17]
Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün iyunun 11-də Qəbələ şəhərinə gəlib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.


SON XƏBƏRLƏR