"Siz məni işdən çıxarmaq istəyirsiniz?" - Misir Mərdanov iddiasını açıqladı

img

11-06-2019 [16:07]


"Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”.

Bunu institutun səlahiyyət müddəti başa çatmış direktoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.

"Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov "Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” – deyə bildirib.

O, səhhətinin normal olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.

Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR