"Qarabağ münaqişəsi ilə bağlı hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır” - Rusiyalı səfir

img

11-06-2019 [15:24]


"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”.

Bunu İrəvanda brifinq zamanı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Səfirin sözlərinə görə, Rusiya tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atır və ənənəvi olaraq tərəfləri qarşıdurmadan çəkindirməyə çalışır:

"Münaqişənin həlli tərəflərin iradəsindən asılıdır, amma burada Rusiyanın rolu məsələsində tarazlaşdırılmış mövqenin sərginlənməsinə ehtiyac var.

Rusiyanın Ermənistanla olan strateji münasibətləri, Azərbaycanla uzun illərdir davam edən əməkdaşlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynayır. Biz ATƏT-in Minsk qrupunun bir həmsədri kimi fəaliyyət göstəririk, digər həmsədr dövlətlərlə koordinasiyalı işbirliyimizi davam etdiririk”.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR