DÇ-2022-də iştirak hüququndan məhrum olan ilk komanda müəyyənləşib

img

11-06-2019 [14:49]


Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak hüququndan məhrum olan ilk komanda bəlli olub. 

"Report" xəbər verir ki, Asiya zonasında mübarizə aparan Butan millisinin DÇ-2022-də iştirak etməyəcəyi dəqiqləşib. Yığma seçmə mərhələdə iki oyunun nəticəsinə əsasən Quam kollektivinə (1:0, 0:5) məğlub olub və şansını itirib. 

Qeyd edək ki, Qətərdəki mundial 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR