Həcc ziyarətinin qiyməti 4225 dollarıdır - 1090 nəfər getmək istəyir

img

11-06-2019 [14:38]


Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat verib. 

Qeyd olunub ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir. 

Həcc ziyarətinə getmək üçün sənədlərini təqdim edənlərdən 60-a yaxını təkrar ziyarətə getmək istəyənlərdir.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il otellər də fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb. Plana əsasən, gediş üçün gün ərzində 2-3, dönüş üçün isə 2 reys olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR