Ali məktəblərdə ingilis dilində ixtisas və plan yerlərinin sayı artırılıb

img

11-06-2019 [14:00]


2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, tələbə qəbulu planı formalaşdırılarkən yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla tədrisi ingilis dilində aparılan ixtisasların sayı 57-dən 69-a, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 17.7% artırılıb.

Y.Piriyev qeyd edib ki, cari ildə tələbə qəbulu üzrə proqnoz yerlərinin sayının 8 %-i tədrisi ingilis dilində aparılan ixtisaslar üçün nəzərdə tutulub. Bu göstərici tədrisi rus dilində olan ixtisaslar üzrə 9.3% (119 ixtisas) təşkil edir/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR