İmamoğlu ilə Yıldırım canlı yayımda debata çıxacaq - Bu tarixdə

10-06-2019 [20:02]

AKP-li Binəli Yıldırım və CHP-li Əkrəm İmamoğlu arasında teleduelin yeri və vaxtı məlum olub. 

Mia.az "Tvitter”ə istinadla xəbər verir ki, bu barədə hər iki partiyanın səlahiyyətliləri ortaq bəyanat yayıb.

Namizədlərin üzləşəcəyi məkan Lütfi Kırdar mərkəz və moderatoru isə Fox TV-nin aparıcısı İsmayıl Küçükkaya olacaq.

Teledebat iyunun 16-da saat 21.00-da yayımlanacaq.



SON XƏBƏRLƏR