DEPUTAT HACI SALAYEVİN OĞLANLARI HAQDA YENİ MƏLUMAT YAYILDI - Xaricdəki şirkətləri...

img

10-06-2019 [18:04]


Araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifısində deputat Hacı Salayev və övladlarının xaricdəki bizensi haqqında maraqlı məlumatlar yayıb.

Mia.az xəbər verir ki, məlumatda deputat Hacı Salayevin oğullarının xaricdə tikinti biznesinə maraq göstərdiyi vurğulanıb: 

"Deputatın oğlu, "AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. 

Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti hınıslı Mustafa Cevleyan idarə edir. 

Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur. 

Şirkət İstanbulun Beşiktaş səmtində, Akat Məhəlləsində Ebulula Mardin küçəsi Mermerler St. D.Bl. N. 8/3 ünvanında yerləşir".

Məlumata görə, deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir:  "Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir".

İddialarla bağlı qarşı tərəfin də münasibətini dinləməyə hazırıq.

 


".

 
 




Digər xəbərlər
SON XƏBƏRLƏR