Müdafiə naziri Naxçıvana gedib - Səbəb + FOTO

10-06-2019 [15:28]

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədi ilə Naxçıvan şəhərinə gedib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, iyunun 7-də Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019”Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.



SON XƏBƏRLƏR