Rus səfirdən sərhədlə bağlı açıqlama: "Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir"

img

10-06-2019 [12:40]


"Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası tamamlanıb, demarkasiya prosesi dostluq şəraitində davam etdirilir.

"Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir", - səfir deyib.

Xatırladaq ki, bundan əvvəlki görüş yazda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR