Türk milliləri İslandiyada aşağılandı - Rəsmi Ankaradan sərt etiraz

10-06-2019 [12:24]

"Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu hərəkət cavabsız qalmayacaq: "Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”. 

Qeyd edək ki, futbol üzrə Türkiyə milli komandası iyunun 11-də "H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. 

İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.

Bundan başqa, futbolçuların baqaj yoxlaması da ləngiyib.





SON XƏBƏRLƏR