Bərdədə 180 kq yararsız ət tutuldu

10-06-2019 [11:58]

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib. Rayon sakini R.Məmmədovun idarə etdiyi "VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 180 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.



SON XƏBƏRLƏR