XİN Ermənistanın cəbhədəki növbəti təxribatı haqda bəyanat yaydı

img

09-06-2019 [23:22]


Azərbaycan XİN cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması barədə bəyanat yayıb.

Mia.az  nazirliyin mətbuat xidmətinə istinadla  xəbər verir ki, bəyanatda bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olduğu bildirilib:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR