Türkiyə və Azərbaycanda etirazlar başladı - Bir başqanın səhvi iki ölkə ictimaiyyətini hiddətləndirib

img

09-06-2019 [19:46]


Son seçkilərdə Türkiyənin Qars şəhərinin bələdiyyə başqanı seçilən HDP-nin kürd əsilli nümayəndəsi Ayhan Bilgenin Türkiyəyə qarşı saxta soyqırımı ittihamı ilə çıxış edən Ermənistana xoş münasibəti Türk dünyasında etirazla qarşılanmaqdadır.

Ayhan Bilgenin bələdiyyə başqanı seçilməsindən az vaxt keçsə də, onun Ermənistana münasibəti, Türkiyə dövlətinin haqlı siyasətinin ziddi olaraq işğalçı ölkə ilə Qars bələdiyyəsi arasında xoş münasibətlər qurması nəinki Azərbaycan, hətta Türkiyə ictimaiyyətini də hiddətləndirib. 

Mia.az Reyting.az-a istinadla bildirir ki, ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən Ayhan Bilgenin hərəkətlərinə qarşı artıq Türkiyədə etiraz aksiyaları keçirilir. Belə aksiyalardan biri də gün Türkiyədə təhsil alan tələbələr və orada yaşayan soydaşlarımız tərəfindən təşkil olunub. Türkiyə vətəndaşlarının da dəstək verdiyi aksiyada ermənilərin tarixi türk torpaqlarında törətdikləri soyqırımı aktları xatırladılıb, Türkiyənin ayrı-ayrı bölgələri ilə yanaşı, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktına diqqət çəkilib. 

Aksiyada bildirilib ki, işğalçı ölkə olan Ermənistanla Türkiyənin Qars bölgəsi arasında əlaqələrin qurulması ermənilər tərəfindən törədilmiş böyük cinayətlərə bəraət verməyə, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa yönəlib, tarixi Azərbaycan ərazilərində baş vermiş soyqırımı aktları (bu qətliamlarda kürd və yəhudi əsilli şəxslər də soyqırımı aktının qurbanı olublar-red.) ilə yanaşı, Xocalı soyqırımını unutdurmağa və Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün haqq səsini boğmağa hesablanıb.

Türkiyə və Azərbaycanda etirazlar başladı: Bir başqanın səhvi iki ölkə ictimaiyyətini hiddətləndirib
Ayhan Bilgen

Onu da qeyd edək ki, Qars bələdiyyə başqanı Ayhan Bilgenin Ermənistandan gələn nümayəndə heyətini qəbul etməsi, işğalçı ölkənin idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İşxan Zkaaryan, Yerevan Dövlət Universitetinin tarix fakültəsinin tarixi saxtalaşdırmaqla məşğul olan dekanı Edik Minasyan və tarixçi Aşot Simonyanla görüşüb, onlara təşəkkür bildirməsinə və işğalçı ölkə ilə Qars bələdiyyəsi arasında xoş münasibətlər qurmaq cəhdinə Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi Sinan Oğan və digər millət vəkillərinin də etiraz etdikləri bəllidir. 

Artıq Türkiyə ilə yanaşı, Azərbaycanda da Qars bələdiyyəsinin ermənipərəst siyasətinə etirazlar başlayıb. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər səlahiyyət sahiblərinə müraciətlər hazırlanıb. Növbəti həftə belə müraciətlərin Azərbaycanda yaşayan Türkiyə vətəndaşları tərəfindən də hazırlanacağı bildirilir. 

Artıq hazırlanmış müraciətlərdə isə qeyd olunur ki, Qarsın bələdiyyə başqanının işğalçı və separatizmi dəstəkləyən dövlətin nümayəndələrinə qucaq açması Xocalı soyqırımı kimi böyük bir cinayətə haqq qazandırmaqla bərabər, belə cinayətlərə rəvac verir, Türkiyə-Azərbaycan münasibətlərinə ağır zərbə vurur. 


Türkiyə və Azərbaycanda etirazlar başladı: Bir başqanın səhvi iki ölkə ictimaiyyətini hiddətləndirib
(Qars bələdiyyəsində görüş)

Qarabağ Azadlıq Təşkilatı da Qars bələdiyyə başqanının işğalçılara dəstək verməsinə etirazını bildirib və bunu Türkiyənin siyasətinə uyğun saymır: "Türkiyə Ermənistanla, Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal faktına görə diplomatik əlaqələr saxlamır, heç bir digər əlaqələri də yoxdur. Əgər belədirsə, Qarsda bir bələdiyyə başqanı Türkiyə hakimiyyətinin siyasətinə qarşı necə gedə bilər, bunu necə izah etmək olar?”

Qarabağ Azadlıq Təşkilatı bu məsələyə böyük təəssüfünü bildirir və hesab edir ki, Türkiyə hökuməti bu məsələ ilə bağlı araşdırma aparmalıdır. "Əgər Qarsın bələdiyyə başqanı açıq şəkildə ermənipərəst mövqe tutursa, –təbii ki, Türkiyənin daxili məsələlərinə qarışmırıq, amma hesab edirik ki, – belə bir insanın Türkiyə kimi Azərbaycana dost, qardaş bir ölkədə vəzifədə qalması məsələsinə yenidən baxılmalıdır. 

Qars əhalisi də bu məsələ ilə əlaqədar sözünü deməlidir”.

QAT-ın bəyanatında bildirilir ki, Qarsın bələdiyyə başqanının ermənipərəst mövqeyi çox üzücüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR