Adəm Məmmədov: "Vəkili döyən polislərə cinayət işi açılıb"

img

09-06-2019 [15:30]


Vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən 4-cü Polis Bölməsinin əməkdaşlarına cinayət işi açılıb.

Mia.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bölmə rəisinin müavini və digər polis işçiləri barədə Bakı şəhər Prokurorluğu tərəfindən AR CM-nin 4 maddəsi üzrə fakta görə cinayət işi başlanılıb.

Xatlrladaq ki, nazir Ramil Usubovun əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR