Azərbaycan millisi Macarıstana uduzdu

08-06-2019 [22:02]
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununda da məğlub olub.

Mia.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstana 3:1 hesabı ilə uduzub qələbəsi ilə başa çatıb. 

E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. 

Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.



SON XƏBƏRLƏR