Ramil Hacılıya "Qarabağa qayıdırıq" aksiyasını bitirməyə imkan verilmədi - VİDEO

img

08-06-2019 [15:31]


Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində saat 16:00-a  "Qarabağa qayıdırıq" şüarı ilə aksiya keçirməyi planlaşdıran Azərbaycan-Avropa hərəkatının prezidenti Ramin Hacılı ilə əlaqə kəsilib.

Qaynarinfo.az xəbər verir ki, 3 gündür Horadizə doğru piyada yol gedən R.Hacılı son olaraq, saat 13:45-də öz profilində Füzuli rayonundan canlı yayıma qoşulub. Canlı yayım zamanı bir dəstə polis ona yaxınlaşıb və araşdırma apardıqlarını bildiriblər. 

Daha sonra polislər R.Hacılının əlindən telefonu alıb və canlı yayımı dayandırıblar. Ondan sonra R.Hacılı ilə əlaqə kəsilib, telefon zənglərinə isə cavab yoxdur.

Füzuli Rayon Polis Şöbəsindən Qaynarinfo-ya məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcklərini bildiriblər.
 


   

Digər xəbərlər
SON XƏBƏRLƏR