Gəncədə daha bir əməliyyat - Saxlanılan var

08-06-2019 [14:06]
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini 55 yaşlı Elşən Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. 

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab olunan, ümumi çəkisi 2 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı PŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 


SON XƏBƏRLƏR