Bakıda NATO ilə bağlı yoxlama keçirilib

img

08-06-2019 [14:35]


Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun "Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR