Bakıda kriminalların yolda hesablaşması: ölən və tutulanlar kimdir? + VİDEO

08-06-2019 [13:15]
Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

Xatırladaq ki, hadisə "Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Güllələnərək öldürülən şəxs Mübariz Budaqlıdır. Onun criminal avtoritet olduğu bildirilir. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində "Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi -

Oxu.az



SON XƏBƏRLƏR