Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib

08-06-2019 [10:51]
Qax rayonunda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib. 

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.


SON XƏBƏRLƏR