ABŞ-dan Türkiyəyə F-35-lərlə bağlı sərt həmlə: 42 pilot geri göndərilir və... - Pentaqondan məktub

07-06-2019 [23:03]
ABŞ Türkiyənin Rusiyadan alacağı S-400 raketlərinə qarşı sərt tədbirlərə əl atıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bununla bağlı ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahan bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktub göndərib.

Məktubda iyunun 31-dək F-35 qırıcı təyyarələrinə görə ABŞ-da təlim keçən 42 türk pilotun geri göndərilməsindən tutmuş, 34 növbəti pilotun göndərilməsinə qadağa tətbiq olunmasına qədər məlumatların olduğu bildirilib.

Məlumata görə, məktubda F-35-lərin satışı ilə bağlı Türkiyənin əleyhinə bir sıra sanksiyalardan da söz açılıb. Lakin hələlik bunun detalları açıqlanmayıb.

Yeri gəlmişkən, bu gün rəsmi Moskva yaxın iki ayda S-400-lərin Türkiyəyə təslim edilcəyini bəyan edib.

Mia.az


SON XƏBƏRLƏR