Binəqədidə silahlı insident: maşına atəş açıldı, bir nəfər öldü, bir nəfərsə...

07-06-2019 [20:28]
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır/Report. 


SON XƏBƏRLƏR