Xalq artisti Firəngiz Əlizadə: "Təəssüf ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur"

07-06-2019 [18:42]
İyunun 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert təşkil olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, konsertdə Dövlət Uşaq Filarmoniyasının "Şəms” Uşaq Xoru çıxış edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu dəfə yenidən uşaqlar növbəti konsert proqramı ilə çıxış edirlər. Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib: "Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir". 

"Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, - deyə o, əlavə edib.

Daha sonar çıxış edən ABİ-nın katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru,Uşaq Xor Kapellasının bədii rəhbəri Əməkdar incəsənət xadimi, Dilarə Əliyeva, tanınmış bəstəkar Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Xalq artisti Azər Dadaşov çıxış edərək Azərbaycanda uşaq musiqisinin mövcud vəziyyətindən görülən işlərdən söhbət açıblar və bu sahədə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə aparılan işlərdən bəhs ediblər. 

Çıxışlardan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şəms” Uşaq Xoru Ağabacı Rzayevanın "Qaranquş” (söz: T.Elçin), Oqtay Zülfüqarovun "Nənə” və Sərdar Fərəcovun "12 uşaq mahnısı” məcmuəsindən "Buratino”, "Dələ”, "Aşbazlar”, "Küpəgirən qarı” mahnılarını ifa etdilər. 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar İncənət xadimi Elnarə Dadaşovanın Saz və piano üçün "Marş”nı sazda səsləndirdi. 

Tədbir Ü.Hacıbəyli adına BMA-nın nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın xalq artisti Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Piano və orkestr üçün "Poema””nı ifa etməsi ilə başa çadıb.




SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə