Rüşvət alan gömrükçülərə şərti cəza verildi

img

07-06-2019 [17:22]


Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli, Fuad Abdullayev, Ruhəngiz Mirzəli və onlarla saxlanılan Nazim Muxtarovun cinayət işi üzə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib. 

Həbsdə olan Nazim Muxtarov məhkəmə zalından azadlığa çıxıb

Qeyd edək ki, DGK-nin yaydığı məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı N.Muxtarov "Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, N.Muxtarov bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru A.Hüseynli ilə sövdələşib və onun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

DGK sədrinin müvafiq əmrinə əsasən, A.Hüseynli dərhal tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb və onun barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb, barələrində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərdən yalnız N.Muxtarovun barəsində həbs qətimkan tədbiri seçilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR