Nəsimidə "Nəsimi ili" ilə bağlı daha bir tədbir - Rasim Balayev məktəblilərin suallarını cavablandırıb + FOTOLAR

img

07-06-2019 [17:17]


 Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının imzaladığı müvafiq  sərəncamla təsdiq edilən Tədbirlər planına əsasən  rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün silsilə tədbirlər dabvam edir.

İH-dən Mia.az-a verilən məlumata görə, növbəti belə tədbir Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir: "Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır".

 Natıq "Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.  

Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirdə iştirak edən  xalq artisti Rasim Balayev məktəblilərin suallarını cavablandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR