Generalın qardaşına yeni vəzifə verildi, Balakişiyev isə sərəncama götürüldü

07-06-2019 [16:35]
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

4-cü Polis Şöbəsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.

Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

APA


SON XƏBƏRLƏR