Tovuzda evdən oğurluq edən iki keçmiş məhkum tutuldu

07-06-2019 [16:17]
Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.


SON XƏBƏRLƏR