“Azərsu” rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək

07-06-2019 [15:53]
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən Mia.az-a verilən məlumata görə, iyunun 17-də isə "Azərsu” sədrinin I müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. İyunun 18-də Şabran şəhərində keçiriləcək qəbulda "Azərsu” sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə "Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR