Neymar “Real”ın fantastik transfer təklifini rədd etdi

img

07-06-2019 [14:36]


"PSJ”nin hücumçusu Neymar "Barselona”ya qayıtmaq istəyi səbəbindən Madridin "Real” komandasının təklifinə rədd cavabı verib.

Mia.az xəbər verir ki, bu barədə "Sport.es” saytı bildirir.

Qeyd olunur ki, braziliyalının ətrafındakılar "Real”ın təqdim etməyə hazır olduğu şərtləri diqqətlə öyrəniblər. Lakin Neymar özü imtina edib, çünki o, "Barselona”nın heyətində oynamaq arzusundadır. Mənbə bildirir ki, "Real” klubu forvarda ildə 45 milyon avro məvacib təklif edib, transferə görə isə onlar 350 milyon avro ödəməyə hazır idilər.

Mayın sonunda bildirilmişdi ki, "Barselona” Neymarı qaytarmaq niyyətindədir. Bunun əvəzində "Barselona” parislilərə yarımmüdafiəçisi Usman Dembeleni və əlavə pul təklif edib. Fransa KİV-lərinin məlumatına görə, braziliyalının özünün partnyorları ilə münasibəti mürəkkəbdir. Belə ki, Kilian Mbappe başda olmaqla bir qrup futbolçu ona qarşı mövqedən çıxış edir.

Neymar "PSJ”nin heyətində 2017-ci ilin yayından oynayır. O vaxt onun transferi üçün parislilər "Barselona”ya rekord məbləğ – 222 milyon avro ödəmişdilər. Hazırkı klubun heyətində braziliyalı iki dəfə Fransa çempionatının qalibi olub. 2018/2019-cu illər mövsümündə 27 yaşlı forvard "PSJ”də keçirdiyi 28 oyunda 23 topun və qolla nəticələnən 13 ötürmənin müəllifidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR