Sumqayıtda kafedə qətl - 18 bıçaq zərbəsi alan şəxs öldü

img

07-06-2019 [14:12]


Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, iyunun 5-də 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlunun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin apardığı təxirəsalınmaz əməliyyat–axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Hadisə Sumqayıt şəhərinin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesində baş verib. Tahir Babayev mübahisə etdiyi şəxs tərəfindən qətlə yetirilib. Bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alan T.Babayev hadisə yerində ölüb.

Sumqayıt Şəhər Prokurorluğu araşdırmanı davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR