Bakıda və rayonlarda yağış yağacaq - Proqnoz açıqlandı

img

07-06-2019 [13:07]


İyunun 7-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 8-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR