Baş redaktorun şikayəti təmin edilmədi

07-06-2019 [12:21]

Bakı Apellyasiya Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 2 ilsınaq müddətinə cəza təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.



SON XƏBƏRLƏR