Ərəb özü ilə otelə qadın gətirdi, saatı oğurlandı - Bakıda

07-06-2019 [12:13]
Bakıda oteldə ərəb turistin bahalı saatı oğurlanıb.

"Report”un xəbərinə görə, paytaxtdakı "Bulvar otel”də qalan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı Osman Faysal özü ilə otelə Günay adlı azərbaycanlı qadını qonaq gətirib.

Qadın oteldən getdikdən sonra isə ərəb 10 min dollarlıq "Roleks” saatının və 3 min dollar pulunun yoxa çıxdığını görərək polisə şikayət edib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır. 


SON XƏBƏRLƏR