Sabunçu sakininə çoxsaylı bıçaq zərbələri endirən Bərdə sakini tutuldu

img

07-06-2019 [12:00]


DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib və müvafiq tədbirlər həyata keçiriblər.

​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR