Hacı Muradın cəsədi necə oğurlanıb? - Müsavat başqanı hadisə yerində + FOTO

img

06-06-2019 [19:09]


Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Birinci Qafqaz müharibəsinin iştirakçısı və imam Şamilin silahdaşı Hacı Muradın məzarı olan qəbiristanlıqda olub. 

Mia.az xəbər verir ki, o, Turan-ın müxbiri ilə söhbətində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib.

"Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmə sökülüb, orada qazıntı aparılıb. Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür. Bu mənzərədən belə qənaətə gəldim ki, Hacı Muradın nəşinin oğurlanaraq Rusiyaya aparılması barədə məlumatlar həqiqətə uyğundur. Bu barədə video görüntülər çəkmişəm və texniki imkan olan kimi təqdim edəcəyəm", - deyə oŞ qeyd edib.

Hacılı deyib ki, Hacı Muradın məzarında hansısa araşdırma aparıldığı görünmür: "Qəbrin mühafizəsi üçün hər hansı nəzarət yoxdur. Hətta qəbrin ətrafında adi təmizlik işləri belə aparılmayıb. Köhnəlmiş güllər belə götürülməyib. Belə görünür ki, hüquq-mühafizə orqanları bu işlə qətiyyən maraqlanmayıb."

Partiya sədri qəbrin dağıdılmasının, nəşin oğurlanmasının Azərbaycanın konstitusiyasına, qanunlarına və dinə zidd olan bir vandalizm hərəkəti olduğunu deyib: "Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, gömrük, sərhəd orqanları məsələ ilə bağlı sorğulanmalıdır. Dərhal əraziyə ekspertlər göndərilməlidir. Onlar vəziyyəti araşdırmalı, ictimaiyyətə məlumat verilməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR